haberL haberR

Növbəti dayanacaq – Liviya; Burada İŞİD-in yeni döyüşləri başlaya bilər

Kateqoriya: Təhlil Yayımlama tarixi: 11.04.2016 18:12:08

Amerikan kəşfiyyatının məlumatına əsasən, hazırda Liviyada 4 mindən 6 minədək İŞİD terrorçusu var...

Liviyada İŞİD yeni planları haqqında "Russia Today"da Andrey Lo.ilin təhlili yayımlanıb.

İslamazeri.az bu təhlilin tərcüməsini təqdim edir:

"Amerika silahlı qüvvələrinin afrikan komandanlığının başçısı, general Devid Rodriges bildirib ki, amerikan kəşfiyyatının məlumatına əsasən, hazırda Liviyada 4 mindən 6 minədək İŞİD yaraqlısı var. Və bu tam başa düşülən söhbətdir ki, Rusiya hava kosmik qüvvələri və Suriya ordusunun endirdiyi zərbələrə görə, İŞİD Suriyada olan öz mövqelərini itirir. Yaraqlılar, ətrafındaki halqanın sıxıldığını görərək, Liviyada özləri üçün yeni müharibə meydanı hazırlayırlar.

“Bu rəqəm keçən ilkinə nisbətən 2 dəfə daha çoxdur.” – Rodriges İŞİD-in Liviyadaki aktivliyini şərh edərkən bildirib. General qeyd edib ki, terroçular ölkənin şərqində yüzlərlə yaraqlının məşq etdiyi təlim düşərgələri qurublar.

Terroçular haradan Liviyaya gəlirlər sualına isə, general aydıq cavab verməyərək deyib: “Yaraqlıların axını bütün Şimali Afrikada müşahidə olunur.”

“Təzə yerə köçməkdə, onlar Avropaya keçmək üçün Suriya və Liviyaya toplaşan iri qaçqın kütlələrindən  istifadə edir.” – RT-yə müsahibəsində Şərqşünaslıq universitenin elmi əməkdaşı Vladimir Sotnikov bildirib.

“Terrorçular qaçqınların arasında həll olaraq, ya birbaşa Məğrib ölkələrinin sərhəd xidmətinin zəifliyindən istifadə edərək, ya da Avropadan tranzit kimi istifadə edərək Liviyaya gəlirlər.” – deyə Sotnikov əlavə edib.

“Biz Romanı işğal edəcəyik”

2011-ci ildə Müəmmar Qəddafini devirdikdən sonra, neftlə zəngin şərgi Liviya regionu Kirenaika, ekstremistlərin nəzarəti altına keçdi. Bu ekstremistlərin də bəziləri İŞİD-ə sadəqət andı içiblər. İŞİD yaraqlıları Qədaffinin doğma şəhəri Sirti, Derni, və Benqazinin ətrafını əldə saxlayırlar. Və tezliklə də “neft yarım ayını” – Böyük Sirt körfəzinə bitişik əraziləri özlərinə tabe etmək niyyətindədirlər. Artıq onlar yerli əhalidən müntəzəm olaraq vergi yığırlar və İŞİD-in İraq və Suriyada qurduğu özünü idarə orqanlarından burada da yaratmaq istəyirlər.

“Sirtdə olan terrorçuların əksəriyyəti xaricilərdir. Və onlar döyüşçülərin 70%-ni təşkil edir və əsasəndə Tunisdəndirlər. Həmçinin çoxlu Misirli və Sudanlı da var. Lakin İŞİD-in Liviyadaki döyüşçülərinin bünövrəsi, İraq və Suriyada döyüşlərdə iştirak etmiş, Səddamın keçmiş əsgərləridir.” – deyə BBC-yə verdiyi müsahibədə Liviyanın kəşfiyyat rəisi İsmayıl Şükri bildirib.

Sirt və Sobrata limanlarında yaraqlılar heç bir nəzarət olmadan xaricə neft göndərirlər. Elə oradan da, terrorçular “diri mal” qaçaqmalçılığımı həyata keçirirlər. Tez-tez Avropaya yola salınan qeyri-leqal miqrant qruplarının içərisində terrorçular da olur. Təkcə keçən həftə İtaliya polisi, qaçqın statusu almaq istəyən 3 nəfəri həbs edib. Səbəb isə terror aktı hazırlamaqda ittiham olunmasıdır. Liviya Appenindən cəmi 350 kilometr uzaqlıqda yerləşir, və İŞİD açıq şəkildə İtaliyanı müharibə ilə hədələyir. Keçən il yayımlanmış Koptların (red. – Şimali Afrikada yaşayan xristianlar) edamı videosunda, terrorçular başçılarında biri, əli ilə şimala göstərərək, “Əgər Allah istəsə, Romanı da işğal edərik!” demişdir.

Romanın özündə də, Brüsseldə də, Vaşinqtonda da bu təhlükəyə tam ciddiliklə yanaşdılar. “Bizim Liviyada görmək istəmədiyimiz ən son hadisə, milliardla dollarlıq neftə çıxışı olan xilafət qurulmasıdır.” – deyə Con Kerri bildirib.

İtaliya müdafiə naziri Roberta Pinotti, Liviyada məhdud hərbi əməliyyatlar keçirilməsinə icazə verilməsi üçün, Romanın BMT-yə müraciət etmək niyyətində olduğunu bildirmişdi (bildirəndən sonra ajiotaj yatmışdı). İtaliyanın baş naziri Matteo Rençi isə, Liviya ilə bağlı fikir söyləməkdə daha çox ehtiyyat edir. Yayılan şayələrə görə, Matteo Rençi keçmiş İtalyan müstəmləkəsi olan Liviyaya iri miqyaslı müdaxilənin edilməsinin əleyhinədir. Lakin sonradan məlum oldu ki, hələ fevralın əvvəlində

Rençi, ona parlamentin icazəsi olmadan Liviyaya elit hissələrin məhdud kontinqentinin göndərilməsinə icazə verən, gizli əmrə imza atmışdır. Bundan əlavə, Pinotti Siçiliyada yerləşən Siginella aviabazasına İtaliya HHQ məxsus əlavə eskadrilyaların göndərilməsi, və amerikan pilotsiz təyyarələrinin buradan qalxmasına dair əmr

imzalamışdır.

Forza, İtalia

...O ki, qaldı Amerikaya, onların Kirenaikdəki İŞİD mövqelərini vurmağa dair planları çoxdan var, lakin şübhəsiz Amerika burada birinci olmaq istəmir. ABŞ-ın hərbçiləri indinin özündədə Liviyada var, lakin onların ordaki fəaliyyəti, necə deyərlər nöqtə kimi bir şeydir. Noyabrda amerikan xüsusi təyinatlıları, İraq cihatçılarının komandirlərindən biri olan Əbu Nabili məhv etmişdir. Fevralda isə, amerikanlar terrorçuların Sabratdaki düşərgəsini bombalayıblar. Nəticədə 30-a yaxın terroçu, və onların başçısı tunisli Nurəddin Şuşan məhv edilmişdir.

Elə təxminən bu vaxt, Amerika müdafiə naziri Eşton Karter bildirib ki, Vaşinqton “İtaliyanın Liviyadaki beynəlxalq hərbi əməliyyatdaki liderliyini dəstəkləyəcək”. Amerikanın Romadaki səfiri Con Filips isə bildirmişdi ki, Amerika, Liviyaya beş min italyan əsgərin göndəriləcəyinə ümid edir. Az bir müddət sonra KİV-ə belə bir

məlumat sızmışdı ki, yer üstü əməliyyatlar zamanı italyan “Tornadoları” terrorçuların bazasını bombalayacaq, dəniz qüvvələri isə Liviya akvatoriyasında keşik çəkəcək. Lakin martın əvvəlində, terroçular hələ ötən ilin yayından əsir tutduqları iki italyan neftçini öldürdükdən sonra, İtaliyada, ölkənin Liviyaya müdaxiləsinə qarşı güclü ictimai kampaniya başladı.

Liderliyə məcbur etmə

Bu olduqca mürəkkəb vəziyyətdə, İtaliya baş-naziri Rençi Amerika prezidenti Obama ilə danışıqlar aparmaq üçün Vaşinqtona yola düşüb. İtaliyan qazeti La Stampa bildirdiyinə görə, Rençi aydın şəkildə başa saldı ki, İtaliya hökümət minlərlə hərbçinin Liviyaya göndərilməsini imkansız (ağlasığmaz) hesab edir. Buna baxmayaraq, Obama Liviyaya İtaliya tərəfdən ordu yeridilməsində israrlıdır və amerikanın bu məsələdə İtaliyaya olan təzyiqi intesivləşməkdədir.

Qazetin qeyd etdiyinə əsasən, Fransa ilə Britaniya da Amerikanın mövqeyini dəstəkləyirlər. Bəzi əlamətlərdən başa düşmək olar ki, amerikan prezident yenə də

istəyinə nail olaraq, İtaliyanı məcburən Liviyadaki terrorçulara qarşı mümkün hərbi əməlliyatlarda liderliyi ələ almağı qəbul etdiriib. Artıq, ötən həftə Obama NATO -nun baş katibi Yens Stoltenberqlə, İŞİD-lə mübarizənin yollarını, “xüsusən də yaxın şərq regionundaki müttəfiqlərə yardımı” ətraflı şəkildə müzakirə edib.

” Biz Liviya kimi yeni qurulmuş hökümətlərlə, mümkün əməlliyatlarla bağlı daima əməkdaşlıq etməyə davam edirik.” – deyə Amerika adminstrasiyasının başçısı Stoltenberqlə görüşdən sonra bildirib.

Britaniyanın Tripolidə keçmiş səfiri Riçard Dalton belə güman edir ki, İŞİD-in Liviyada 4 əsas bazasına eyni zamanda zərbə endirə bilmək üçün, NATO-nun ekspedisiya korpusunun sayı 10 mn nəfərdən az olmamalıdır. Lakin İtaliya təkid edir ki, Tunisdə yenicə qurulmuş Liviya milli birliyi höküməti, əvvəlcədən Qərbdən Liviyadaki məsələyə müdaxilə etməsini istəsin. Çətinliklə elə bundadır.

İki parlament və 3 hökümət

2014-cü ildən başlayaraq Liviyada iki parlament fəaliyyət göstərir. Parlamentlərdən biri paytaxt Tripolidədir, və orada islamçılar da daxil olmaqlar, müxtəlif qruplar təmsil olunub. Bu parlament Türkiyə və Qətər tərəfindən dəstəklənir. Digər parlament isə Benqazinin yaxınlığında yerləşən Tobrukda, general Xəlif Xaftar tərəfindən

qurulub. Bu parlament isə Misir və BƏƏ tərəfdən dəstəklənir. General ölkədə, Misirdəki kimi hərbi rejim qurmaq istəyirdi, lakin müvəffəqiyyətsizliyə uğradı. Çətin vəziyyətdən çıxış yolunu tapmaq üçün, ötən ilin dekabrında Amerikanın dəstəyi ilə Romada, bir-biri ilə mübarizə aparan qrupların iştirakı ilə Liviyaya dair konfrans təşkil edildi. Onlar belə nəticəyə gəldilər ki, Tunisdə yaşayan biznesmen Fayyez Sərracın başçılığı ilə milli həmrəylik höküməti qurulsun. Lakin yeni kabinetin işə başlaması üçün, hər iki parlament tərəfindən təsdiqlənməsi lazımdır. Beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənmiş Tobrukdaki nümayəndələr palatası səs çoxluğu ilə vahid milli hökümətin tanınmasına qarşı çıxmışdır. Səracın Tripoliyə nazirlər şurasının yerləşdiliməsi üçün bina axtarmağa gələn nümayəndələri

isə, islamçılar tərəfindən həbslə hədələnərək qovulmuşdur. Elə bu vaxtdan da Liviya paytaxtından bir-birinə zidd xəbərlər gəlir: gah islamçıların yeni milli hökümətin xeyrinə hakimiyyətdən əl çəkməyə hazır olduqları, gah da əksinə, Sərrac höküməti ilə əməkdaşlıq edən hər kəsi təhdid etdikləri xəbərləri gəlir. Lakin təhdidlərə baxmayaraq, islamçıların tanınmamış hökümətinin bəzi nazirləririnin, vahid kabinetin tərəfinə keçdiyi deyilir – bu xəbər də ziddiyətli xəbərlərə daxildir. Qərbin bütün gözləntilərinin əksinə olaraq, Sərac kabinetinin vitse baş-naziri Abdelsalam Kaymanın bu günlərdə Tunis telekanalarından birinə verdiyi müsahibəsində bildirmişdi ki, beynəlxalq missiya İŞİD-ə qarşı mübarizə ilə məşqul olmamalıdır.

“Ciddi hərbi əməliyyatı həm logistik, həm də siyasi-psixoloji nöqteyi nəzərdən əsaslı şəkildə hazırlamaq, liviyadaki silahlı qüvvələrin və müntəzəm olmayan birləşmələrin dəstəyini də almaq lazımdır. Bunun üçün əhəmiyyətli güc və böyük maliyyə resursları lazımdır. Üstəlik risklər də çox yüksəkdir,və nəinki avropalıların, heç amerikanların da Liviyaya qoşun göndərməyə güclü istəkləri yoxdur. Quru əməliyyatları olmadan isə, İŞİD üzərində qələbə mümkünsüzdür. İŞİD-in maliyyə

kanallarını da bağlamadan bunları etmək mümkün deyil, hansı ki, hələ baş verməyib.”,  – deyə şərqşünas Vladimir Sotnikov bildirib."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.