haberL haberR

Növbəti Livan prezidenti seçkiləri avqustun 8-i keçiriləcək

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.07.2016 17:58:03

Ölkə başçısı seçkiləri 41 dəfə təxirə salınıb.

İslamazeri.az-ın "NNA" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Livan parlamentinin spikeri Nəbih Berri ölkə prezident seçkilərini kvorumun olmamasına görə avqust ayının 8-nə keçirdib.

Ölkə başçısı seçkiləri 41 dəfə təxirə salınıb. Növbəti cəhd də istisna olmayıb: parlamentin iclasına cəmi 40 deputat gəlib.

Ölkə 2014-cü ilin may ayında keçmiş ölkə başçısı Mişel Süleymanın prezidentlik müddətinin bitməsindən sonra siyasi böhran içindədir. Livan konstitusiyasına əsasən, ölkə prezidenti yalnız parlament tərəfindən seçilən maruni-xristian ola bilər.

Marunilər katolik kilsəsinə mənsubdurlar və onların əksəriyyəti Livanda yaşayırlar. Livan əhalisinin təxminən 25 faizi bu dinin ardıcıllarıdırlar.

Hazırda Livan parlamenti demək olar ki, bərabər olaraq ortadan qərbmeyilli və suriyameyilli bloklara bölünüb. Livan prezidenti postuna əsas namizəd şiə "Hizbullah"ın siyasi müttəfiqi general Mişel Aun hesab olunur. Onun namizədliyini suriyameyilli blokun tərəfdarları dəstəkləyirlər.

Aunun əsas rəqibi qərbmeyilli “14 mart” blokunun nümayəndəsi Samir Cadca hesab olunur. O sünnilərin partiyası “əl-Müstəqbəl” tərəfindən dəstləklənir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.