Novruz Məmmədov: Aprel hadisələri zamanı Sarkisyan Moskvaya yalvarıb

“Serj Sarkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir ”.
Bunu Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.
N. Məmmədov deyib ki, aprel hadisələri zamanı S. Sarkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: “Serj Sarkisyan bütün bunları unudub, belə bir bəyanat verir”.
N. Məmmədov S. Sarkisyanın bundan əvvəl “Bloomberg” dərgisinə müsahibəsində isə hər an müharibəyə başlayacağını söylədiyini xatırladıb: “O, işğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, hər an müharibə ola bilər. Amma prezident gərək xalqının, ölkəsinin taleyini düşünsün, hər şeyi öz maraqlarına qurban verməsin. Serj Sarkisyan isə bunun əksini edir, öz mənafeyi naminə "status-kvo"nu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki həzz alır. Eyni zamanda “Bloomberg”ə müsahibəsində dediyi kimi, hərdən müharibənin başlana biləcəyini də düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sarkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik”.
Prezident Administrasiyasının rəsmisi Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan sonra danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib: “Serj Sarkisyan yalan, böhtan danışmağa öyrənib, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək ”.
N. Məmmədov apreldə 800 hektar deyil, 2500-3000 hektar ərazinin işğaldan azad edildiyini də qeyd edib: “Serj Sarkisyan bu məsələdə də yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.
Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparıldığı əlavə edib: "Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb”.
N. Məmmədov bildirib ki, Elmar Məmmədyarovun Brüsseldə apardığı görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.
APA
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.