haberL haberR

Novxanı, Fatmeyi və Goradil Sumqayıta verildi - SƏBƏB

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.07.2016 16:16:45

Binəqədi rayonunun balansında olan və ümumilikdə 3500 hektar əraziyə malik Novxanı, Fatmeyi və Goradil qəsəbələri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilib.

Sözügedən qəsəbələrin taleyi ilə bağlı qərarı bu günlərdə verilib. Verilən məlumata görə, hazırda hər üç qəsəbədə aparılan tikinti işlərinə bir aylıq məhdudiyyət qoyulub. Bu da sözügedən ərazilərdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına verilən qeyri-qanuni “icazələr”in araşdırılması ilə bağlıdır. Daha çox dəbdəbəli bağ evlərinin tikintisinin aparıldığı bu ərazilərdə insanlardan külli-miqdarda pul alındığı söylənilir.

Qeyd edək ki, 1 ay əvvəl Novxanı qəsəbəsinin Sumqayıt tərəfinə vurulan “Sumqayıta xoş gəlmisiniz” giriş tablosunun Xaləddin İsgəndərov tərəfindən bulduzerlərlə sökdürmüşdü və bu da qalmaqala səbəb olmuşdu.(Aznews.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.