haberL haberR

Nüfuzlu din xadimləri Ayətullah İsa Qasim haqda; "...parlayan ulduzdur"

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 21.06.2016 20:54:46

Nüfuzlu din xadimlərinin Ayətullah İsa Qasim barədə söylədikləri

İslamazeri.az-ın İSNA-ya istinadən verdiyi xəbərə görə, nüfuzlu təqlid mərcəsi Ayətullah Nuri Həmədani Bəhrey rejiminin ölkənin şiə liderinə qarşı repressiv addım və hörmətsizliklərə  münasibətini bildirib.

 Ali-Xəlifə rejimi ABŞ-ın nökərçiliyi yolunda növbəti təhlükəli və məntiqdən uzaq addımını atdı. Rejim bu addımı ilə, vətəndaşlara qarşı etdiyi zülmləri örtə biləcəyini zənn edir. Lakin bilmir ki, bu addım xalqın oyanmasına və etdikləri zülmlərin aşkara çıxmasına səbəb olacaqdır. Mən bu addımı məhkum edir və mücahid alim Şeyx İsa Qasimə öz dəstəyimi bildirirəm. İslam cəmiyyətindən bu zülmə sakit qalmamağı və insani vəzifələrinə əməl etmələrini istəyirəm., -deyə Ayətullah Nuri Həmədani  qeyd edib.

Ayətullah İsa Qasimlə bağlı digər nüfuzlu ruhanilər və din xadimlərinin açıqlamalarını diqqətinizə çatdırırıq:

Ayətullah Xamenei: “Şeyx İsa Qasim, şiə asimanında parlayan ulduzdur. Mən onun varlığı ilə fəxr edirəm.”

Ayətullah Seyid Kazım Hüsyeni Hairi: “Şeyx Qasim rəbbani alim, hörmətli insandır və onun ardıyca gedələr nicat taparlar.”

Ayətullah Misbah Yəzdi: “Mən ondan elm, təqva və pərhizkarlıqdan başqa bir şey görmədim. Bir sözlə mən onun tərəfdarları və sevənlərindənəm və daima onu dua edirəm.”

Bəhreynin “Əl-Vəfaq” cəmiyyətinin sədri Şeyx Əli Salman: “Ölkə məmurları mənim Şeyxlə olan əlaqələrimin soyuq olduğunu göstərmək istəyirlər. Mən daima onun şagirdi olmağımla fəxr etmişəm və xalqı onun göstərişlərinə əməl etməyə dəvət etmişəm.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.