haberL haberR

Nüfuzlu ruhani yeni mədrəsə inşa edir

Kateqoriya: İslam Yayımlama tarixi: 18.05.2015 16:14:56

Ayətullah Nasir Məkarim Şirazi İranın Məşhəd şəhərində yeni mədrəsənin inşaasından danışıb

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Məşhəd hövzəsinin məsulları ilə görüşən Ayətullah Məkarim Şirazi, hövzələrin zəmanəmizdə olan əhəmiyyətindən danışaraq bildirib: “Biz Xorasan elmi hövzəsi ilə fəxr edirik. Hövzələr bu gün, zəmanənin ehtiyaclarını ödəməlidirlər. Bu gün dünyada günah və fəsadın artdığını görürük. Bu fəsadın qarşısını düzgün yollarla almalıyıq. Biz də öz sözlərimizi əməli surətdə icra etmək üçün Məşhəd şəhərində yeni mədrəsə inşa etmək qərarına gəldik. Yaxın gələcəkdə Allahın iznilə tələbələr üçün yeni mədrəsə təsis ediləcəkdir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.