haberL haberR

Nuri Əl Maliki İraqın bölünmə təhlükəsilə bağlı xəbərdarlıq etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.01.2016 19:07:17

Nuri Maliki Iraqın bölünmə təhlükəsindən danışıb

İslamazeri.az-ın “Al-Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın sabiq baş naziri Bağdadda keçirilən mərasimdə İraqın təhlükəsizliyi və suverenliyinin təhlükə altında olduğunu bildirib.

Maliki könüllü dəstələrilə təhlükəsizlik qurumlarının işindən razı qaldığını, lakin böyük təhlükələr üçün ayıq olmağın vacib olduğunu deyib: “Könüllü dəstələr və təhlükəsizlik sistemləri şücaətlə İraqı müdafiə edirlər. Onlar şəhid versələr də terrorçuları cavabsız qoymurlar. Onlar həmçinin paytaxtın bölünməsi planını da yox etdilər".

Sabiq baş nazir daha sonra, yeni təhlükələrə işarə edib: "Düşmənin hiylələrinin birinci hissəsini uğurla başa vursaq da, bu gün ikinci hissəyə güc qoymalıyıq. Düşmənin bu günkü hədəfi İraqın parça parça olunmasıdır, hansı ki, hazırda onun əlamətləri görünməkdədir. İraq xalqı tayfa təəssübünə son qoymalıdır. Bu düşmənin istifadə etdiyi ən təsirli silahdır.”

Qeyd edək ki, İraq Kürdüstanının lideri Bərzani çıxışlarının birində yaxın günlərlə müstəqil Kürdüstanın yaranmasınıi istisna etməmişdi.

Xatırladaq ki, Nuri Əl Maliki İraqın bölünmə planlarının arxasında İsrailin olduğunu açıqlamışdı. Ötən ilin avqustunda sabiq baş nazir bu haqda müsahibə vermişdi. Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.