haberL haberR

"Nusra cəbhəsi" rəsmən tarixin tozlanmış səhifələrinə atıldı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.07.2016 12:59:46

“Nusra cəbhəsi” rəhbəri, terror təşkilatının ləğv olunduğunu elan edib

İslamazeri.az-ın "Məsdər"ə istinadən verdiyi xəbərə əsasən, bu barədə açıqlama verən Muhəmməd Colani, təmsil etdiyi terror təşkilatının fəaliyyətinin ləğv olunduğunu və bunun əvəzinə “Şamın fəth cəbhəsi” adlı təşkilatın işıq üzü gördüyünü elan edib.

Bu addımın, bir çox qrupların birləşməsi məqsədi ilə atıldığını bildirən Colani, İmən əz-Zəvahiriyə atdığı addıma görə minnətdarlığını bildirib. O, uzun illər "Əl Qaidə"yə bağlı qruplaşma olduğunu xatırladaraq, "Əl Qaidə" terror şəbəkəsi liderinə verdiyi dəstəyə görə təşəkkür edib. Colani, Üsamə Ben Ladenin "Müsəlmanların marağı ayrı-ayrı təşkilatların marağından üstündür" sözlərindən sitat gətirib.

Qeyd edək ki, “Əl Qaidə” rəhbəri İmən əz-Zəvahiri, “Nusra cəbhəsi”nin bu qrupdan ayrıldığını bildirmişdi.

Xatırladaq ki, Qərb ölkələrinin bəzisi "Nusra cəbhəsi"nin Əl Qaidəyə bağlı olduğuna görə, onunla əməkdaşlıq etmirdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.