haberL haberR

"Nusra"ya əsir düşmüş 14 suriyalı hərbçi həbsxanadan qaçıblar (Foto)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.07.2016 15:59:54

Orada son bir neçə ildə terror təşkilatı tərəfindən tutulmuş Suriya Ordusunun əsgərləri və digər rəqib silahlı qruplaşmadan olan üsyançılar da saxlanılır.

İslamazeri.az-ın "masdarnews" saytına istinadən verdiyi xəbərə əsasən, terrorçulara əsir düşmüş 14 suriyalı hərbi qulluqçu Dəraa əyalətinin qərbində, Səyda qəsəbəsində yerləşən məşhur “Kobra” həbsxanasından qaçmağa müvəffəq olublar. Həbsxana “Nusra Cəbhəsi” terrorçuları tərəfindən idarə olunur. Orada son bir neçə ildə terror təşkilatı tərəfindən tutulmuş Suriya Ordusunun əsgərləri və digər rəqib silahlı qruplaşmadan olan üsyançılar da saxlanılır.

“Kobra” dustaqlarının oradan nə cür qaçmağa müvvəfəq olduqları tam bilinməsə də, məlum olan budur ki, oradan xilas olmuş hərbi qulluqçular Əbu Haşim adlı həbsxana gözətçisini öldürüb, daha sonra isə yaxınlıqda yerləşən hökumət qüvvələrinin blokpostuna tərəf yola düşüblər. Bu məlumatı sosial şəbəkələrdə öldürülmüş Əbu Haşimin şəklini paylaşan “Nusra Cəbhəsi” tərəfdarları da qismən təsdiqləyirlər.
Baxmayaraq ki, bu qruplaşmanın Suriyanın cənubunda nüfuzu elə də güclü deyil, lakin “Nusra Cəbhəsi” Suriya Ordusunun yenə də ciddi düşməni olaraq qalmaqdadır. Hərbçilərin əsir götürülməsi, terrorçuların Dəraa əyalətində hökumət qoşunlarına qarşı addımlarından biridir.
Yenə də, adıçəkilən regionda olan cəbhələrdəki vəziyyət nisbətən sakitdir. Bu da ABŞ tərəfindən atəşkəsə dair razılıq şərtlərinə əməl etməli olan və Vaşinqtona sadiq üsyançı qruplara göstərilən təzyiqin sayəsində mümkündür.

Nusraya əsir düşmüş 14 suriyalı hərbçi həbsxanadan qaçmağa müvəffəq olublar (Foto)

/haberimaj/habergaleri/9L6X8G9J7U5X.JPG
  1. Nusraya əsir düşmüş 14 suriyalı hərbçi həbsxanadan qaçmağa müvəffəq olublar (Foto)

  2. Nusraya əsir düşmüş 14 suriyalı hərbçi həbsxanadan qaçmağa müvəffəq olublar (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.