haberL haberR

“O, gün çox yaxındır”- Köşə yazısı

Kateqoriya: Məqalə Yayımlama tarixi: 08.11.2015 15:31:13

Tarix bizim üçün faktdır və tarixdə bu günümzdə olanlardanda betər işlərlə ruhanilərə, dindarlara və ən əsası islama ləkələr vurdular amma alınmadı ki, alınmadı.

 Ay bədbəxtlər bilin ki, bir zamanlar sizin kimi heysiyyətini pula satanlar Peyğəmbərləri (s) və İmamları (ə) hətta zindanda belə əxlaqsız qadınlarla ləkələmək istədilər amma alınmadı ki, anılmadı. Sizin bu hərəkətiniz sizi zillətli bizi isə izzətli edir. Allahla vuruşanlar hər zaman məğlub olublar, olurlar və olacaqlar. Bir zamanlar İranda 500 illik Şah imperiyası Qumda böyük şəxsiyyətləri, alimləri gecələr çaya atırdı və hər səhər insanlar suyun üzərində əmmamələr görürdülər ki, onların sahibləri ora atılaraq boğulmuşdular. Onlar səadətə qovuşdular zalimlərsə həm dünyada həmdə axirətdə zəlalətə.

Bu gün bizim Taleylərimizə, Abgüllərimizə, Fəramizlərimizə, Möhsünlərimizə vurulan damğalar, atılan böhtanlar onları dahada izzətli edir çünki onlar haqdır və haqqı boğmaq heç zaman mümkün olmayıb, olmur və olmayacaq. Siz bizləri haqq olan yolumuzdan terrorçu, təxribatçı adı ilə döndərməyə çalışdıqca Allah bizə izzət verir və biz dahada möhkəmlənirik çünki biz Kərbəlada xarici adlandırılaraq öldürülərən, ailəsindən, balalarından, bacılarından, qardaşlarından və hər şeyindən keçən İmam Hüseynin ardıcıllarıyıq. 

"Qorxun o, gündən ki, ədalət günəşi doğacaq çünki o gün çox yaxındır".

Elvar Salah

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.