haberL haberR

Obama dövlət çevrilişinə cəhdin araşdırılmasında Türkiyəyə yardım təklif edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.07.2016 11:17:03

Bu barədə Ağ evin mətbuat katibi Coş Ernest bildirib.

İslamazeri.az-ın "RİA"-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Barak Obama və Türkiyə Cumhuriyyətinin prezidenti Rəcək Tayyib Ərdoğan çərşənbə günü telefon danışığı zamanı, Türkiyədəki dövlət çevrilişinə cəhdin araşdırılmasına dair ətrafındakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ağ evin mətbuat katibi Coş Ernest bildirib.

“Prezident Obama həm də dövlət çevrilişinə cəhdin araşdırılmasında hərtərəfli yardımın göstərilməsini də təklif edib”, – deyə Ernest bildirib.

Mətbuat katibinin sözlərinə görə, Obama həmçinin ABŞ-ın qanuni seçilmiş Türkiyə hakimiyyətinə dəstəyini təsdiqləyib, lakin qeyd edib ki, çevriliş cəhdinin araşdırılması demokratik prosedurlara müvafiq olaraq keçirilməlidirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.