haberL haberR

Obama Ərdoğanla görüşdən imtina edib

Kateqoriya: Siyasət Yayımlama tarixi: 28.03.2016 16:20:42

Ağ Ev Nüvə Sammiti çərçivəsində də iki ölkə başçısının təkbətək görüşününü planlaşdırılmadığını bildirib.

ABŞ prezidenti Barak Obama Nüvə Sammiti çərçivəsində Vaşinqtona səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla təkbərək görüşdən imtina edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama Türkiyənin maliyyəsi hesabına Merilend ştatında inşa olunan məscidin açılışında Ərdoğanla birgə iştirak etmək barədə təklifi geri çevrib.

Ağ Ev Nüvə Sammiti çərçivəsində də iki ölkə başçısının təkbətək görüşününü planlaşdırılmadığını bildirib.

Sonuncu dəfə Obama və Ərdoğan 2015-ci ilin noyabrında Antalyadakı G2O Sammitində görüşüb.

Bundan başqa, tərəflər bu ilin fevralında telefon əlaqəsi də saxlamışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.