haberL haberR

Obama: "İrana hücum etsək, 'Hizbullah' İsraili vuracaq"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 06.08.2015 14:00:26

ABŞ prezidenti Barak Obama gizli şəkildə yəhudi rəhbərləri ilə görüş keçirib

İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iştirak edən yəhudi rəhbərlərindən biri mətbuata görüşün təfərrüatlarını açıqlayıb.

 

O, görüş haqqında belə deyib:

“Obama güclü sübutlar gətirərək İranla tam şəkildə razılığın əldə olunmadığına bizi inandırdı. O, həmçinin əldə olunan razılığın ABŞ və İsrailin milli təhlükəsizliyi üçün çox ciddi addım olduğunu qeyd etdi. Obama bildirdi ki, 2008-ci ildə  “Ağ Ev”ə daxil olduğu zaman İranın nüvə məsələsini həll olunması lazım olan ən mühüm məsələ kimi görüb. Obama eks-hakimiyyətin İranı dəfələrlə silahla hədələməsinə baxmayaraq, bunun üçün heç bir addım atmadığını gördüyü zaman təəccüb hisslərini gizlədə bilmədiyini də dedi. O, xüsusi olaraq qeyd etdi ki, İrana hücum etsək “Hizbullah”-ın raketləri İsraili vuracaq”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.