haberL haberR
Obama Netanyahunun şərtini əlaqəsiz şərt adlandırıb

İslamazeri.az-ın ABŞ prezidenti Barak Obama İsrailin varlığı və nüvə müzakirələri arasında əlaqə yaradılmasının  yalnış olduğunu bildirib.

Lozanna müqaviləsi və İsrail Baş nazirinin açıqlamalarına diqqət çəkən ABŞ prezidenti Barak Obama, "İranın İsrailin varlığını rəsmən tanımasını İranla razılaşmaya nail olmaq üçün şərt olaraq müəyyən etməyimiz  səhv və əlaqəsiz addım olacaq. Belə bir istəkdə olmağımız İranın fikirlərini tamamilə dəyişmək həvəsində olduğumuzu göstərər",- deyə qeyd edib. 

Obama ötən günlərdə "New York Times" qəzetinə verdiyi müsahibəsində Amerikanın İrana qarşı İsrailin yanında olacağını vurğulamışdı.

Xatırladaq ki, nüvə razlığına gəlməzdən əvvəl İranın sionist İsrail rejimini rəsmi olaraq tanımasının lazımlığı şərtini daha əvvəl başda Benyamin Netanyahu olmaqla, bəzi israilli rəsmiləri və ABŞ Konqresindəki bəzi radikallar  irəli sürmüşdü.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.