haberL haberR

Obama onu təhqir edən Filippin lideri ilə görüşdən imtina edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.09.2016 12:47:32

Bunun əvəzinə Obama bu gün Cənubi Koreya prezidenti Pak Kın Xe ilə danışıqlar aparacaq.

İslamazeri.az-ın CNN telekanalına istinadən verdiyi xəbərə əsasən, Ağ Ev ABŞ prezidenti Barak Obamanın onu təhqir etmiş filippinli kolleqası Rodriqo Duterte ilə olan görüşünü ləğv edib.

Obama və Duterte "ASEAN"-ın Laosda keçirilən sammiti çərçivəsində görüşə bilərdilər. Bunun əvəzinə Obama bu gün Cənubi Koreya prezidenti Pak Kın Xe ilə danışıqlar aparacaq.

Daha əvvəl AFP agentliyi bildirib ki, Duterte Obamaya təhqiramiz söz deyib. Filippin lideri Obamanın Filippində cinayətkarlıqla mübarizə zamanı iki mindən çox insanın ölümünü müzakirə etmək istəyinə belə təhqiramiz reaksiya verib.

Rodriqo Roa Duterte cari ilin may ayında Filippin prezidenti seçilib. O narkotik aludəçisi olan insanlar, həmçinin qadağan edilmiş maddələri yayan şəxslər ilə də mübarizənin lehinə çıxış edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.