haberL haberR

Obama Qərb üçün ən ciddi təhlükə mənbələrini açıqlayıb

Kateqoriya: Region Yayımlama tarixi: 23.04.2016 11:42:18

Obama alman qəzeti “Bild”-ə verdiyi müsahibəsində bildirib ki, Qərb ölkələri üçün ən ciddi təhlükə mənbələri “İŞİD” və “əl-Qaidə”-dir.

İslamazeri.az rus mediasına istinadən xəbər verir ki, Obama deyib: "İŞİD və ya “əl-Qaidə” kimi qruplaşmalardan olan terrorçular, bizim müqavimət göstərdiyimiz ən əsas təhlükə mənbələridir.  Mənim üçün İŞİD-in məhv edilməsi olduqca əhəmiyyətli məna kəsb edir."

O, həmçinin qeyd edib ki, terrorçular tərəfindən İraq və Suriyada işğal edilmiş ərazilər, tədricən işğaldan azad edilir. Lakin Paris və Brüsseldə baş vermiş terror aktları, bu məsələdə daha çox səy göstərməyin lazım olduğunu göstərir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.