haberL haberR

Obama və Ərdoğan İŞİD-i müzakirə ediblər

Kateqoriya: Siyasət Yayımlama tarixi: 20.05.2016 10:05:39

Obama və Ərdoğan Suriyadaki vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə ediblər

İslamazeri.az "Ria"ya istinadən verdiyi xəbərə görə,  Ağ evdən bildiriblər ki, ötən gün ABŞ və Türkiyə prezidentləri telefonla Suriyadaki vəziyyəti və İŞİD terror qruplaşması ilə mübarizəni müzakirə ediblər.

Ağ Ev qeyd edir ki, Obama “sülh rejiminin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlığın və Suriya hakimiyyətinin siyasi yolla ötürülməsi üzrə danışıqlardaki tərəqqinin əldə olunmasının zəruliyini qeyd edib”.

“Hər iki lider PKK da daxil olmaqla, bütün terror qruplaşmaları ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin mümkünlüyünü müzakirə ediblər. Bu konteksdə Obama ABŞ-n, bir NATO müttəfiqi kimi Türkiyənin təhlükəziliyinə sədaqətini bildirib.”, – deyə Ağ evdən bildiriblər. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.