haberL haberR

Ölkədə boşanmaların sayında artım müşahidə olunur

Kateqoriya: Sosial Yayımlama tarixi: 30.09.2015 17:04:08

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat verib
Son 3-4 ilin rəqəmlərinə baxanda görürük ki, boşanmaların sayında artım müşahidə olunur. 2012-ci ildə hər 1000 nəfərə 1,2 boşanma düşürdüsə, 2013-2014-cü illərdə bu rəqəm 1,3 təşkil edib. Boşanmaların sayı narahatlıq yaradır”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. Onun sözlərinə görə, ölkədə qeydə alınan nikahların sayı dəyişkəndir: “2012-ci ildə nikahın ümumi əmsalı 8,6 idisə, ondan sonrakı illərdə bu rəqəm 9,3-ə qalxıb. Yəni həm nikah, həm də boşanmaların sayı çoxalıb”. Baş məsləhətçi əlavə edib ki, adətən məqsədsiz qurulan ailələr tez dağılır: “Həmin ailələrdə davamlı münaqişələr baş verir. Ona görə də hər iki tərəf öz məqsəd və niyyətlərində düzgün olmalı, bir-birlərinə özləri haqda doğru məlumat verməlidir. Yaxud da boşanmaların səbəbi kimi zərərli vərdişləri göstərə bilərik. Nikahdan əvvəl qarşı tərəfin zərərli vərdişinin olması gizlədilir və bu, birgə yaşayış vaxtı üzə çıxır”. A. Veysəlova qeyd edib ki, 2015-ci il iyunun 1-dən etibarən cütlüklərin nikahdan öncə tibbi müayinədən keçməsi boşanma hallarının qarşısı ala bilər.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 39,9 min nikah və 7,5 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib. (apa)

 

Əhmədov Qafar / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.