haberL haberR

Ölkədə sosial yardım alanların sayı azalıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 13.10.2015 16:13:08

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İslamazeri.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114 050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib.

"Həmin yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz azalıb ki, bu da əhalinin rifah səviyyəsinin getdikcə yaxşılaşması ilə yanaşı, sosial yardımların təyinatında şəffaflıq və ünvanlılıq, sosial ədalət prinsiplərinin təmin olunması üçün görülən təsirli tədbirlərin müsbət nəticəsidir. Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artmaqda davam edir. Hazırda ölkədə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 153,18 manata çatıb", - nazirlikdən bildirilib.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237 351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5 726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 533 nəfərdir. Bu yardımları alan ailələrin 32 558-i tərkibində 3 və daha çox uşağı olanlardır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.