haberL haberR

"Ölkəmizə İŞİD-i soxan ABŞ indi hörmətə sahib olmaq istəyir"

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.07.2016 12:13:32

İraqın “Sədr” hərəkatının lideri, ABŞ qüvvələrinin ölkədə varlığını bir daha pisləyib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın İraq xalqının xilaskarı olma planlarına toxunan Müqtəda Sədr deyib: “İraqda baş verən qanlı hadisələr bu məsələnin əksinə səbəb oldu. İraq xalqını BƏƏS dövlətinin əlindən xilas edə bilməyən ABŞ bu gün, xalqı İŞİD-in əlindən xilas edərək hörmətə sahib olmaq istəyir. Bir halda ki, İŞİD-i ölkəmizə daxil edən ABŞ-ın özdür. Ölkəmizə müdaxilə istər ABŞ tərəfindən olsun istər başqası, qəbul edilməzdir. Biz ABŞ qüvvələrini işğalçı qüvvələr kimi tanıyırıq.”

Qeyd edək ki, “Sədr” hərəkatına bağlı olan “Sülh” batalyonu bəyənat yayaraq, “Biz ABŞ əsgərlərinin qanına susuzuq”-deyə bildirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.