haberL haberR

Ölkənin bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Kateqoriya: Sosial Yayımlama tarixi: 23.12.2015 11:04:18

Dekabrın 23-də saat 10-dan 18-dək Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Dekabrın 23-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Albalı" və "Maştağa", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Quba", “Şabran-Taxtalar” və "Xaçmaz", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Xaldan" və Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağdaş rayonunun Qəribli, Yevlax rayonunun Gülövşə, Qaraoğlan, Xaldan və Quşçu, Astara rayonunun Şahağaçı, Kakolos, Təngəvüd, Maşxan, Pensər və Siyəkaran kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin Bakının Xəzər rayonunun Albalı, həmçinin Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin, eyni zamanda, Quba, Şabran, Xaçmaz, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.