Ölkənin ən böyük bankları dollar satışını dayandırdı – SİYAHI
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 02.09.2016 17:36:28
Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank”dan gedir.

Banklardan Fins.az-a verilən məlumata görə, bank rəhbərliyinin qərarına əsasən, səhər saatlarından etibarən dollar satışı dayanıb.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” sentyabr ayının 1-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı. “Unibank” isə ötən gün 100 dollar limitlə satış edib.
Bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 25-ə çatıb. Digər bankların da dollar satdığını demək olmaz, çünki “indi yoxdur, axşam olacaq”, ya da “səhər vardı, satıb qutardıq”, deyə müştəriləri aldatmaq adi etik normaya çevrilib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.