haberL haberR

Oman sultanı Yəmənə hücumların dayandırılmasını istədi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 30.03.2015 14:45:31

Oman sultanısəudiyyəli həmkarına məktub yazıb

İslamazeri.az-ın "Alalam"-ə istinadən verdiyi xəbərə görə, Oman sultanı ərəbistanlı həmkarına yazdığı məktubda ölkəsinin Yəmənə hərbi hücumların dayandırılmasına tərəfdar olduğunu bildirib.

Martın 29-da Oman sultanı Sultan Qabus bin Səid əl-Səidin Ərəbistan kralı Salman bin Əbduləzizə yazdığı açıq məktubda Yəmən torpaqlarına qarşı hərbi hücumların dayandırılmasını istəyib.

Məlumata əsasən, Sultan Qabusun Səudiyyə Ərəbistanı kralına yazdığı məktubda Yəmən böhranının bundan artıq davam etməsinin nəticələrinin çox ağır olacağını bildirib.

Oman mətbuatının ölkənin rəsmi orqanlarına istinadla verdiyi xəbərində Oman Səudiyyə Ərəbistanının Yəmənə qarşı təşkil etdiyi hava hücumlarında yaralananları müalicə üçün yardıma hazır olduğunu elan edib.

Sənada cümə namazı zamanı baş verən terror aktı zamanı yaralananlardan 40 nəfəri Oman sultanlığında müalicə olunub. 

Qeyd edək ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının 6 üzv ölkəsindən biri olan Oman Yəmənə hücumu dəstəkləməyən yeganə ölkədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.