haberL haberR

Ombudsman nümayəndləri Leyla Yunusova və İntiqam Əliyevlə görüşüblər

Kateqoriya: Ölkə Yayımlama tarixi: 08.12.2014 14:43:31

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüşüblər.

Araşdırma zamanı müəyyən olunub ki, L.Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.