haberL haberR
Türkiyədə fəaliyyət göstərən Əhlibeyt tərəfdarlarının telekanalı olan On4 TV yayımını bərpa edib

İslamazeri.az xəbər verir ki, 3 həftə ara verilən fasilələrdən sonra On4 TV yenə fəaliyyətini bərpa edə bilib.

TV bununla bağlı yaydığı açıqlamada bildirir ki, On4 TV-nin yaranmasının 4-cü ilinə bir neçə gün qalmış bəzi maddi çətinliklərə görə dəyərli izləyicilərini üzüntüyə salaraq yayımda fasilələr verib. Gücünü inancından və xəttindən alan xalqın və haqqın səsi olmaya çalışan, imperialist güclərə qarşı müqavimətin Türkçə səsi olan On4TV qlobal güclərin və sərmayə diqtələrinin yandaş mediası olmamağa qərar verib.

TV-nin yaydığı açıqlamanın davamında deyilir: "Livandan Yəmənə müqavimətin məlumat və xəbərlərini ekranlara gətirmə fərqini seyircilərə təqdim etmək ən vaz keçilməz qərarlarımızdan olub. On4 TV nə iqtidar, nə də paralellərin qarşısında heç bir zaman geri addım atmadı, atmayacaqdır. Həmişə olduğu kimi milli, siyasi və mənəvi dəyərləri əsas götürən yayınlarına davam edəcəkdir. Bu arada, dəstəklərilə həmişə On4TV-nin yanında olan tamaşaçılarına və "Avropa On4 könüllüləri Vəqfi"nə On4TV adından təşəkkürlərimizi bildirməyi özümüzə borc bilirik".

On4TV öz açıqlamasında yayımın davam etməsi üçün tamaşaçılardan dəstək, reklam və sponsorluqda fəal olmağa çağırıb.

Qeyd edək ki, On4 TV Türksatdan yayımlanır və internet üzərindən izləmək üçün aşağıdakı linkə daxil olun.

On4TV Canlı Yayım

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.