haberL haberR

Onlar öləndə belə kimsəsizlər qəbirstanlığında dəfn olunurlar (Video)

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 17.08.2015 12:21:34

Bomjların qayğısına kim qalmalıdır: cəmiyyət, yoxsa hökumət?

 Tüfeyli həyat tərzini seçənlər üçün cəmiyyətin hansı quruluşda olmasının heç bir fərqi yoxdur - kapitalist ölkələrinin də Bomjları var, sosialist ölkələrinin də, özünü ən demokratik dövlət sayanların da... Harada gəldi gecələyən, üst-başlarından it hürkən bu adamlar vaxtilə normal həyat sürüblər və ən müxtəlif səbəblərdən ailələrini tərk edib küçələrə düşüblər. Bəzilərindən ailələri imtina etsə də, əksəriyyəti ailə üzvləri ilə özləri əlaqələri kəsib, dəfələrlə geri dönmək təklifləri alsalar da, küçələrdə qalmağı, zibilliklərdən qida toplamağı, şüşə, kauçuk qablar toplayıb satmaqla özlərini dolandırıblar. Onlar öləndə belə kimsəsizlər qəbirstanlığında dəfn olunurlar, amma o vaxta qədər cəmiyyət fərdi olaraq aramızda yaşayırlar. Amma necə? Sual belədir: Bomjların qayğısına kim qalmalıdır? Cəmiyyət, yoxsa hökumət?Videosüjetə baxa bilərsiniz. (müsavat.com)

 

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.