haberL haberR
Rezidenturaya hazırlaşan şəxslər üçün nəzərdə tutulan onlayn sınaq imtahanları onlara biliklərini yoxlamağa gözəl imkan yaradıb

İslamazeri.az-ın məlumatına görə, bu məqsədlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanlarına start verib. Bu barədə “ICTnews” Elektron Xəbər Xidməti bildirir.

TQDK-dan bildirilib ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

Sınaq imtahanlarında yüksək nəticə göstərənlərin əsas imtahanlarda hansı göstərici ilə qarşılaşacaqlarını müəyyənləşdirə biləcəklər. Qeyd edək ki, sınaqlarda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsiləəldə etmək mümkündür.

Hər bir namizəd iş nömrəsi və şifrdən istifadə etməklə “eservices.tqdk.gov.az/sinaq/” səhifəsində qeydiyyatdan keçə və özünü sınaya bilər.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.