haberL haberR

Ordumuz üçün toplanan vəsaitin miqdarı açıqlandı

Kateqoriya: Hərbi Yayımlama tarixi: 02.03.2015 11:30:48

Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə yönəlib

Müdafiə Nazirliyinə istinadən verilən məlumatda, mart ayının 1-dək 61 milyon 653 min 116 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Xatırladaq ki, 1 fevral 2015-ci il tarixinə kimi Yardım Fonduna 60 mln. 904 min 284 manat, 211 min 791 dollar və 593 avro vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxil olmalardır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.