haberL haberR

Orta məktəblərdə dinlə bağlı biliklər tədris ediləcək

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.08.2016 13:56:26

“Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə “Həyat bilgisi” dərsliyi üzərində işləyir."

"Hesab edirik ki, orta məktəblərdə dinin, şəriətin tədrisindən söhbət gedə bilməz. Ancaq dinlə bağlı biliklərin genişləndirilməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G. İsmayılov bildirib ki, yaxın vaxtlarda cəmiyyət orta məktəblərin “Həyat bilgisi” dərsliyində dinlə bağlı bilgilərin genişləndirilməsinin şahidi olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.