haberL haberR

Oruc vacib olmadığını düşünən, lakin sonradan səhv olduğunu bilən şəxsin vəzifəsi

Kateqoriya: İslam Yayımlama tarixi: 11.06.2016 17:48:08

(Ayətullah Xameneinin "Şəri suallara cavab" kitabından bir məsələ...

Sual: Bir nəfər ciddi səbəbə görə 50% ehtimal verib ki, oruc ona vacib deyil. Lakin daha sonra məlum olub ki, oruc ona vacib imiş. Qəza və kəffarə baxımından nə etməlidir?

Cavab: Əgər orucu açmasına səbəb, orucun vacib olmamasına ehtimal verməsi olubsa qəzadan əlavə kəffarə də vacibdir. Yox əgər hansısa ziaynın baş verməsindən qorxmasına görə orucunu açıbsa və bu qorxu da ağılabatan olubsa, sadəcə qəza vacibdir. (Ayətullah Xamenei, Şəri suallara cavab, sual 735)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.