haberL haberR

Orxan Əli açıqladı: İşdən öz ərizəmlə çıxmışam

Kateqoriya: Ölkə Yayımlama tarixi: 23.10.2014 13:17:58

Bu barədə DQİDK-in keçmiş əməkdaşı sosial şəbəkədə status paylaşıb

İslamazeri.az Orxan Əlinin açıqlamasını təqdim edir: "Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı mətbuatda məlumat yayılıb. Lakin xəbərdə bir sıra yanlışlıqlar var ki, buna aydınlıq gətirmək istəyirəm. “Trend” İnormasiya agentliyinin "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb" adlı xəbərində deyildiyi kimi "kənarlaşdırılma" deyil öz ərizəmlə işdən azad olunmuşam. Məsələ bundadır ki, Dövlət Komitəsində mətbuat katibi üçün ştat olmadığından mən rəsmi olaraq Şimal bölgəsi üzrə aparıcı məsləhətçi olmuşam və mətbuat katibi vəzifəsini icra etmişəm. Bir neçə gün öncə Komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum. Xəbərdə olan digər yanlışlıq isə mənim "2012-ci ilin iyun ayından" bu vəzifədə çalışmağımdır. Belə ki, mənim Komitədə fəaliyyətim iyun ayından deyil rəsmi olaraq sentyabr ayından başlayıb. Hər birinizə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Xüsusən də bu 2 ildə birbaşa Komitə ilə işləyən jurnalistlərə xüsusi minnətdarlığımı bildirirəm."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.