haberL haberR

Ötən ay Təhsil Nazirliyinə 5340 zəng daxil olub

Kateqoriya: Ölkə Yayımlama tarixi: 02.04.2015 10:40:12

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb

Nazirlikdən islamazeri.az-a verilən xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5340 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2,4 dəfə çox) və kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə 2884 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 337 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 897 sənəd (256 ərizə, 504 məktub, 137 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.