haberL haberR

Ötən il vərəmdən 372 nəfər ölüb

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 03.07.2015 11:45:48

Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb
İslamazeri.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib.
 
Komitədən verilən məlumata görə, bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir.
 
Əvvəlki illərin statistikasına nəzər saldıqda isə bu xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunduğu nəzərə çarpır. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.