haberL haberR

Övladlarının gözü qarşısında həyat yoldaşını öldürən şəxsə hökm oxunub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 12.03.2015 12:19:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rabil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb. S. Bağırova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.


Hadisəni törədən zaman onların azyaşlı uşaqları da evdə olub.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.