Özbəkistan ABŞ-dan İŞİD təklifi alıb
ABŞ Özbəkistana İŞİD-lə mübarizə koalisiyasına qoşulmağı təklif edib

İslamazeri.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, ABŞ Özbəkistana İŞİD terrorçuları ilə mübarizə koalisiyasına qoşulmağı təklif edib.
Bu barədə məlumatı ABŞ Dövlət Katibinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Daniel Rozenblyum Özbəkistana səfəri zamanı bəyan edib.
Daniel Rozenblyum qeyd edib ki, İŞİD-ə qarşı koalisiya təkcə hərbi istiqamətdə deyil, həm də terrorçuların maliyyə mənbələrinin aşkarlanması və sərhəddə insanların hərəkətinə nəzarət etməkdir.
Qeyd edək ki, Özbəkistan Milli Təhlükəsizlik Nazirliyi hazırda İŞİD sıralarında 5 min Özbəkistan vətəndaşının olduğunu bildirib. Terrorçuların ABŞ və Rusiya daxil olmaqla, bir çox ölkələrdə qadağan olunan Özbəkistan İslam Hərəkatına mənsub olduqları bildirilir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.