Özbəkistan hökuməti: "Prezident Kərimov kritik vəziyyətdədir"

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Özbəkistan höküməti bildirir ki, ölkə prezidenti İslam Kərimov kritik vəziyyətdədir.
"Böyük ürək ağrısı ilə sizə xəbər veririk ki, ötən sutka bizim prezidentimizin vəziyyəti kəskin şəkildə pisləşib. Həkimlərin fikrincə, onun vəziyyəti kritik olaraq qiymətləndirilir.", - deyə Özbəkistan nazirlər kabinetinin xəbərində deyilir.
Daha əvvəl rəsmi Özbəkistan KİV-ləri respublika hökumətinin Kərimovun stasionar müalicə aldığı haqda xəbər yaymışdı. Bildirilirdi ki, müalicə "müəyyən qədər vaxt" tələb edəcək. Ölkə başçısının qızı Lola Kərimova Tilləyeva isə öz növbəsində "Instagram" səhifəsində yazmışdı ki, prezidentin beyninə qansızma baş verdikdən sonra o reanimasiyaya yerləşdirilib.
Çərşənbə axşamı günü məlum olmuşdu ki, avqust ayının 31-nə planlaşdırılmış, Özbəkistan müstəqilliyinin 25 illiyinə həsr olunmuş ölkə rəhbərliyinin və diplomatik korpus nümayəndələrinin iştirakı ilə keçiriləcək dövlət konserti ləğv edilib.
Çərşənbə günü, sentyabr ayının 1-i ölkədə müstəqillik günündən bir gün öncə keçirilən və hər zaman Kərimovun iştirakı ilə keçirilən bir sıra rəsmi tədbirlər ilk dəfə onsuz keçirilib. Belə ki, Özbəkistan baş naziri Şəvkət Mirziyəyev və parlament palatasının təmsilçiləri "Mustakillik" meydanında yerləşən "Müstəqillik və humanizm" abidəsi önünə güllər qoyublar.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.