haberL haberR

Özbəkistan İslam Hərəkatı İŞİD-ə beyət etdi (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.08.2015 14:47:52

Vəziristan bölgəsindəki terrorçular İŞİD-ə beyət edib

İslamazeri.az xəbər verir ki, Mərkəzi Əfqanıstan-Pakistan sərhədindəki Vəziristan bölgəsində yerləşən Özbəkistan İslam Hərəkatı İŞİD-ə beyət etdiyini bildirdiyi yeni video yayımlayıb.

Daha öncə qurucusu Tahir Cana aid çıxışların da olduğu  video yayımlayan Özbəkistan İslam Hərəkatı ilk dəfə rəsmi nəşr orqanı "Cundullah" loqosu ilə beyət açıqlamasını yayımlayıb. Özbəkistan İslam Hərəkatı Vəziristanda İŞİD-ə bənzər mövqeləri ilə tanınırdı.

Terrorçular "xilafət" elan edən İŞİD lideri Əbu Bəkr Bağdadi Hafiz Səidin başçılığı ilə tabe olduqlarını elan ediblər. Hafiz Səid İŞİDin mətbuat katibi Əbu Məhəmməd Adnani tərəfindən təşkilatın Xorasan vilayəti üzrə 'əmir'i təyin olunmuşdu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.