haberL haberR

Özbəkistan Qırğızıstan ilə sərhədə qoşun yeridib

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.03.2016 10:16:56

Özbəkistan ən azı iki sərhəd-buraxılış məntəqəsində Qırğızıstandan ölkəyə girişi birtərəfli qaydada dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Özbəkistan martın 18-də Qırğızıstanla mübahisəli Ala-Buka rayonu ərazisinə onlarla əsgər, iki BTR və iki hərbi yük maşını yerləşdirib.

Öz növbəsində, Qırğızıstan üç sərhəd-buraxılış məntəqəsində Özbəkistandan ölkəyə girişi bağlayıb, həmçinin özbək sərhədçiləri ilə danışıqlar aparmağa təşəbbüs göstərib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.