Özbəkistanda məscid və kafelərdə buna görə iftarı qadağan etdilər

İslamazeri.az-ın “islam-today” saytına istinadənv verdiyi xəbərə əsasən, Özbəkistanda məscidlər, kafe və restoranlardan iftarın keçirilməsi qadağan edilib. Özü də ki, bu cür qadağanın təşəbbüskarı kimi ölkə Müftiliyi çıxış edib.
Müftilik nümayəndəsi şeyx Əbdüləziz Mənsurun sözlərinə görə, qadağa islam tarixi ilə əlaqəlidir.
“Kafe, restoran və məscidlərdə iftarların keçirilməsinə qoyulan qadağa dövlət siyasəti deyildir. Biz bu addımı islam tarixini nəzərə alaraq atmışıq. Muhəmməd Peyğəmbərin (səas) vaxtında iftar sırf yoxsul insanlar üçün təşkil edilirdi, o kəslər üçün ki, yeməyə heç nələri yoxdur. Həmişə ehtiyacı olanlara qayğının göstərilməsi olan iftar, israfçılıq, təntənə mənbələrinə çevrilib. Biz buna qarşıyıq.”, – deyə şeyx qeyd edib.
Maraqlıdır ki,qadağa bununla bitməib. Belə ki, evə iftara çağrılan qonaqların da sayına məhdudiyyətin qoyulması təklif edilir. “Məkkədə iftar ona görə keçirilir ki, ordaki insanların orada evləri yoxdur. Bizim vətəndaşların isə evləri var.Onlar iftarı evlərində, öz doğmalarının və əzizlərinin yanında keçirməlidirlər.”, – deyə şeyx əlavə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.