Özbəkistanlı riyaziyyatçı min illiyinin məsələsinin həllini tapıb
Kateqoriya: Elm-təhsil
Yayımlama tarixi: 03.06.2016 17:55:30
Karşinskiy universitetindən olan özbəkistanlı riyaziyyatçı Şokir Dovlatov bildirib ki, onun həllini tapdığı məsələ “min illiyin problemlərindən” biridir.

İslamazeri.az-ın “Islam-today” saytına istinadən verdiyi xəbərə görə, min illiyin 7 problemi (məsələsi) – mühüm klassik məsələ hesab edilən 7 riyazi məsələdir. Bu məsələlərin həllini uzun illərdir ki, dünyanın hər yerindən olan riyaziyyatçılar tapmağa çalışırlar. İndiyədək 7 məsələdən yalnız birinin həllini Qriqoriy Perelman tapa bilmişdi. O “Puankare fərziyyəsini” həll edə bilmişdi.
Şokir Dovlatovun sözlərinə görə, o min illiyin 6-cı məsələsini həll edib: Navye-Stoks tənliyinin doğru həllini tapıb.
Qeyd etmək lazımdır ki, ABŞ-ın Kleyin Riyazi institutu min illiyin məsələlərindən hər birinin həllini tapana 1 milyon dollar təklif edir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.