haberL haberR

PA rəsmisi Avropanı qayğısızlıqda suçladı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 21.04.2015 10:56:10

PA rəsmisi Novruz Məmmədov Aralıq dənizində ölənlərdən yazdı

"İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə Afrikalının taleyinə gündəlik hadisə kimi baxır".

İslamazeri.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində qeyd edib.

PA rəsmisi bildirib ki, Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib: 

"Bu dənizə "Arada ölənlər" dənizi adı vermək daha məntiqli olar. Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və Asiyalılara qapıları açmışdılar", - deyə N.Məmmədov yazıb. 

Novruz Məmmədov hesab edir ki, o dövrdəki proseslər geosiyasi məhəbbətin göstəricisi idi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.