haberL haberR

Pakistan İranla Səudiyyə arasındakı problemi həll etməyə çalışır

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.01.2016 12:38:46

Pakistan rəsmisi Səudiyyə Ərəbistanının İranla problemi olmadığını və dostluq əlaqələrinin qurulmasını istədiyini bildirib.

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə görə,  Pakistanın baş naziri Nəvaz Şərif bu barədə deyib: “Rəsmi Riyad İranla heç bir düşmənçiliyinin olmadığını və əksinə, dostluq əlaqələrinin qurulmasının tərəfdarı olduğunun vurğulayıb. İran tərəfi də öz növbəsində bu narahatçılığa son qoymaq fikrindədir. İran və Səudiyyə Ərəbistanı bir-birini düşmən bilmir. Düşmənçilik yoxdursa problem tezliklə həll olunacaqdır. İran və Səudiyyə Ərəbistanı bizim qardaşlarımızdır. Hər iki ölkəyə səfərimizin müsbət nəticələləri oldu. Rəsmi Tehran problemin həlli üçün nümayəndə təyin edəcəkdir. Səudiyyə Ərəbistanı və Pakistan da öz növbəsində nümayəndə təyin edəcəkdir. Biz bu problemlərin həlli üçün ev sahibliyi etməyə hazırıq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.