haberL haberR

Pakistanda mikroavtobus sel axınına düşüb: 21 nəfər həyatını itirib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.07.2016 15:33:00

Pakistanın şimalında mikroavtobusun sel tərəfindən yuyulub aparılması nəticəsində azı 21 nəfər həyatını itirib

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Pakistanın şimalında mikroavtobusun sel tərəfindən yuyulub aparılması nəticəsində azı 21 nəfər həyatını itirib.  Hadisə şənbə günü tayfalar tərəfindən idarə olunan Federal ərazidə baş verib. Mikroavtobus toydan qayıdan 21 nəfəri daşıyırdı.

  Regionda musson yağıları yağmaqdadır, buna görə də çox sayda çay öz məcralarından çıxaraq, geniş əraziləri su altında qoyur.   Xilasedicilər avtomobildə olan cəsədləri çıxararaq  Landi-Kotal şəhərinin hospitalına çatdırılıblar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.