haberL haberR

Pakistanda naməlum silahlılar xristianlara hücum edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 9:48:50

Axtarış əməliyyatı keçirilir.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Pakistan ordusunun generalı Asim Bacva bildirib ki, naməlum silahlı şəxslər ölkənin Pişəvər şəhəri yaxınlığında yerləşən xristian icmasına hücum ediblər. Güc strukturu əməkdaşları terrorçulardan 4-nü məhv ediblər.

Terror aktı nəticəsində azı bir nəfər dinc sakin həyatını itirib.

"Təhlükəsizlik xidmətləri hadisəyə operativ və cəld şəkildə reaksiya veriblər. 4 kamikadzenin hamısı öldürülüb. Axtarış əməliyyatı keçirilir.", - deyə Bacvanın bəyanatında deyilir.

Hücum bu gün səhər saatlarındaa baş verib. Məlumata əsasən, bir neçə partlayış və atışma səsi eşidilib.

Hücumun arxasında kimlərin durduğu hələ ki, məlum deyil.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.