haberL haberR

Pakistanda terror aktı: 8 şiə qətlə yetirildi

Kateqoriya: İslam Yayımlama tarixi: 23.10.2014 14:00:10

Hadisə Bəluçistan əyalətinin nərkəzi-Qvettada baş verib.

İslamazeri.az saytının "Press Tv"-yə istinadən verdiyi xəbərə görə, "Lej-ASWJ" təkfirçi terror qruplaşmasının üzvləri, içərisində Hazara icmasının şiə-müsəlmanlarını daşıyan  avtobusu güllə atəşinə tutublar. Nəticədə 8 nəfər dünyasını dəyişib.  Hadisə şahidləri terrorçuların  2 nəfər olduğunu deyiblər.
Əyalət polisinin sözlərinə görə,  hadisə məqsədyönlü şəkildə törədilib. 
Qeyd edək ki, ötən il bu cür hücumlar nəticəsində 200-dən çox şiə qətlə yetirilib. Pakistanda Şiələrin qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.