haberL haberR

Pakistanın Bəlucistan əyalətində 15 silahlı məhv edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.04.2016 8:57:24

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində hökumət qüvvələri ilə terrorçular arasında baş verən toqquşmalarda 15 silahlı məhv edilib

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, silahlılar Kalat şəhərində həyata keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.

 Əməliyyat zamanı iki hərbi qulluqçu yaralanıb, terrorçulara məxsus sığınacaqlar məhv edilib. Terrorçuların Bəlucistanda fəaliyyət göstərən separatçı qruplaşmalardan birinə mənsub olduğu vurğulanır.

 Qeyd edək ki, son 4 ay ərzində Pakistan hökumət qüvvələri adıçəkilən əyalətdə 90-dək terrorçunu məhv edib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.