haberL haberR

Pakistanın Kvetta şəhərində xəstəxanada partlayış baş verdi: onlarla ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.08.2016 11:01:01

Partlayış bazar ertəsi günü səhər tezdən baş verib.

İslamazeri.az-ın “Dunya News”-a istinadən verdiyi xəbərə əsasən, Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada baş vermiş partlayışda azı 30 nəfər həyatını itirib, 50-dən çox insan isə yaralanıb.

Partlayış bazar ertəsi günü səhər tezdən, Bəlucistan Vəkillər Kollegiyası Assosiyasiyasının keçmiş prezidenti Bilal Ənvər Kəsinin öldürülməsindən bir neçə saat sonra baş verib. Onun nəşi xəstəxanaya çatdırılıb, bir müddət sonra isə, tibb müəssisəsinə onun kolleqaları, tanışları və KİV nümayəndələri gələn kimi, partlayış baş verib. Bir neçə vəkil yaralanıb, 1 jurnalist həyatını itirib, daha biri isə ağır xəsarətlər alıb.

Bundan əlavə, polisin məlumatına əsasən, partlayışdan sonra naməlum şəxs atəş açıb (açmağa başlayıb). Təhlükəsizlik xidməti əməkdaşları tibb müəssisəsi ərazisini mühasirəyə alıb, həyəcan elan olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.