haberL haberR

Pakistanın Səudiyyənin yanında yer almayacağı dəqiqləşdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 09.04.2015 16:44:43

Pakistan senat məclisi müdafiə komissiyasının sədr bunun ölkənin daxili təhlükəsizliyinə qarşı təhdid sayılacağını bildirib

İslamazeri.az-ın 'Tasnim" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Pakistan senat məclisi müdafiə komissiyasının sədri İslamabadın  Yəmənə hücum məsələsində heç vaxt ər-Riyadın yanında olmayacağını bildirib.

Pakistan senat və şura məclisləri birgə toplantısında danışan Pakistan senat məclisi müdafiə komissiyasının sədri senator Müşahid Hüseyn Seyid Yəməndə, xüsusilə qadın və uşaqlara qarşı Səudiyyənin davam etdirdiyi müharibədə İslamabadın əməkdaşlıq etməsinin ölkənin daxili təhlükəsizliyinə qarşı təhdid sayılacağını bildirib.

Pakistanın Yəməndə Səudiyyəyə dəstək verməsi istiqamətindəki tələblərə qarşı çıxan Müşahid Hüseyn Seyid  Amerikanın İŞİD-ə qarşı mübarizədə kömək etməsi tələbini də rədd edib. Digər tərəfdən Pakistan Baş nazirinin xarici işlər və milli təhlükəsizlik üzrə müşaviri Sərtac Əziz dünən İslamabadda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı millət vəkillərinin Pakistanın Yəmən təcavüzünə qoşulmasının doğru olmayacağı barədə fikir birliyində olduqlarını və Pakistanın Yəməndə heç bir hərbi təcavüzə qatılmamasının lazım olduğunu bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.