haberL haberR

Palmira ətrafında dağıstanlı və özbəkistanlı terrorçular öldürülüb

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.05.2015 11:43:04

Suriyanın Palmira şəhəri ərazisində dağıstanlı və özbəkistanlı terrorçular məhv edilib

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, Suriyanın Palmira şəhəri ətrafında Suriya ordusu ilə İŞİD terrorçuları arasında qızğın döyüşlər davam edir. Tadmur ətrafında yerləşən Nəzarət Buraxılış Məntəqəsində baş verən döyüşlərdə Suriya ordusu 40 İŞİD terrorçusunu məhv edib.

Araşdırma zamanı məlum olub ki, öldürülən terrorçular Dağıstan və Özbəkistan Respublikasının vətəndaşları olub.

Qeyd edək ki, bir neçə gün öncə Suriya ordusu qədim Palmira şəhərində tarixi ekspanatları və mülki əhalini təxliyə edərək şəhəri tərk etmək məcburiyyətində qalıb.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.