haberL haberR

Pan Gi Mun sionist rejimə xəbərdarlıq etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.10.2015 18:17:36

BMT Baş Katibi hadisələrin araşdırılmasını istəyir

İslamazeri.az xəbər verir ki, BMT-nin Baş Katibi Pan Gi Mun İordan çayının qərb sahillərində son bir neçə gün ərzində 13 yaşlı bir uşaq da daxil olmaqla 4 fələstinlinin öldürüldüyü, yüzlərlə insanın yaralandığı və 4 İsrail rejim əsgərinin öldürülməsini şiddətlə qınayıb. 

Qeyd edilən açıqlamada, şiddət hadisələrinin nəzarətdən çıxa biləcəyi vurğulanaraq, sionist rejimdən hadisələri tez bir zamanda və şəffaf şəkildə araşdırmasının istənilib.

Açıqlamaya görə, Pan Gi Mun Fələstin xalqının evlərinin dağıdılması və işğal altındakı Fələstin torpaqlarında israillilərin yaşayış məntəqəsi qurmasının gərginliyin daha da artmasına yol açacağını bildirib.
Qeyd edək ki, İordan çayının qərb sahillərindəki hadisələrdə işğalçı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 13 yaşlı Əbdürrəhman Mustafa da daxil olmaqla 4 fələstinli həyatını itirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.